Məşəl, çıxarış borusu

işlədilməyən (səmt) qazların çıxarılması və yandırılması üçün qurğu.
Məhsuldar qat
Mineral xamal
OBASTAN VİKİ
Məşəl (jurnal)
"Məşəl" — 13 noyabr 1919-cu ildə nəşr olunan satirik jurnal. 1919-cu il noyabr ayinin 13-də Əliheydər Qarayev Bakıda "Məşəl" satirik jurnalını çıxartmışdır. Bu "Molla Nəsrəddin"in ənənələrini davam etdirən ilk kommunist jurnalı idi. Əliheydər Qarayev 1919-cu ilin mayından 1920-ci ilin aprelinədək "Zəhmət sədası", "Zəhmət", "Azərbaycan füqərası", "Füqəra sədası", "Füqəra", "Oktyabr inqilabı" adlı qəzetlərin redaktoru olmuşdur. Jurnalın əsas müəllifləri Əliheydər Qarayev, Seyid Cəfər Pişəvəri, Ağababa Yusifzadə, Bayraməli Sərablı, Ağahüseyn Rəsulzadə, Əlisəttar İbrahimov, Nemət Bəsir və başqaları idi. Onlar satqın müsavat hökumətinin çirkin əməllərini, kapitalistləri, gənc Sovet hakimiyyətinə qarşı çıxan əksinqilabçı ağqvardiyaçı qüvvələri və başqalarını satira atəşinə tuturdular. Əliheydər Qarayev "Binəva" imzası ilə yazdığı baş məqalədə göstərirdi ki, jurnalın əsas məqsədi istismarçı siniflərə qarşı, daha qəti mübarizə aparmaqdır. Həqiqətən də jurnalın müəllifləri satiranın əsas növlərindən istifadə edərək müsavat hökumətinin bütün hiylələrini açır, xalqı ona qarşı mübarizəyə səsləyirdi. "Məşəl" mühüm beynəlxalq məsələlərdən də yazırdı. Məsələn, 6-cı nömrədə gənc Sovet dövlətinin Uzaq Şərqə soxulan Amerika və Yaponiya müdaxiləçilərini əzdiyini belə xəbər verirdi: Jurnalın 1919-cu ildə 4, 1920-ci ildə 2 nömrəsi çıxmışdır.
Məşəl savaşı
Məşəl savaşı və ya Niyazabad döyüşü (türk. Meşaleler Savaşı) — 1578–1590-cı illər Səfəvi-Osmanlı müharibəsi zamanı, 7 – 11 may, 8 may və ya 11 – 13 may 1583-cü il tarixlərində baş vermiş döyüş. Döyüş Samurçayın sahilində baş vermiş və üç gün davam etmişdir. Döyüşün adı tərəflərin gecə vaxtı məşəl işığında döyüşü davam etdirməsinə görə belə adlanmaqdadır. Döyüşdə qələbə qazanan Osmanlı ordusu komandanı Özdəmiroğlu Osman paşa Şirvanda möhkəmlənmək imkanı qazandı. Yürüş 1578-ci ilin yayında Osmanlı ordusunun Amasya sülh müqaviləsinin şərtlərini pozaraq Səfəvi sərhədinə doğru yürüşə başlaması ilə iki imperiya arasında yeni müharibənin əsası qoyuldu. Bir neçə qələbədən sonra Gürcüstan və Şirvan Osmanlı ordusu tərəfindən ələ keçirildi. Osmanlı imperiyasının Şirvan bəylərbəyisi Özdəmiroğlu Osman paşa Dərbəndə idi. 1582-ci ildə artıq bir il idi ki, sülhlə bağlı danışıqlar gedməkdə idi və Məhəmməd Xudabəndənin səfiri İstanbul şəhərində idi. Elə bu ərəfələrdə Özdəmiroğlu Osman paşa öz nümayəndələrindən birini sultanın yanına göndərərək qızılbaşların qurduğu tələ barədə məlumat verdi.
Əbədi məşəl
Əbədi məşəl — həlak olan qəhrəmanların, azadlıq və vətənin şərəfi uğrunda döyüşənlərin xatirəsini simvolik olaraq anan, daim yanan od. Davamlı yanma, müəyyən bir yanma sahəsinə qaz verməklə əldə edilir. Adətən xatirə kompleksinin daxilində olur. Alovu saxlamaq üçün ildə 12 ton maye qaz və ya təxminən 5,5 min kubmetr təbii qaz tələb olunur.
"Məşəl" Əməliyyatı
Eşitmə borusu
Yevstax və ya eşitmə borusu (lat. tuba auditiva (Eustachi)) — keçmişdə ona lat. salpinx auditivae deyilirdi. Orta hesabla 3,3 sm uzunluğunda boru olub, təbil boşluğunu udlağın burun hissəsi ilə birləşdirir; istiqaməti bayır tərəfə, dala və yuxarıyadır; üfüqi səthi ilə 40° və orta səthlə təxminən 45° bucaq təşkil edir. İki dəliyi vardır: 1) təbil boşluğuna açılan dəliyi — lat. ostium tympanicum tubae auditivae təbil boşluğunun ön divarında yerləşir və 2) udlağa açılan dəliyi — lat. ostium pharyngeum tubae auditivae udlağın burun hissəsinin yan divarında, aşağı burun balıqqulağının dal uc səviyyəsində olur; burunun udlaq dəliyi, adətən. qapalı olur, hər udma aktında açılır. Eşitmə borusu iki hissəyə bölünür: sümük hissə — lat. pars osseatubae auditivae və qığırdaq hissə — lat.
Nəfəs borusu
Nəfəs borusu, traxeya (yun. trachus hərfi mənası kontur, hüdud deməkdir, lat. trachea) — qırtlağın ardı olub, qida borusunun önündə yerləşmişdir. Formaca silindrə bənzəyir, ancaq öndən arxaya doğru bir az yastılaşmışdır. Uzunluğu təxminən 9-15 sm və diametri yuxarıda və aşağıda dar, ortada isə genişdir, eni 1,5-2,7 sm-ə bərabərdir. Nəfəs borusu orta xəttə yerləşərək topoqrafik cəhətcə iki hissəyə bölünür: Boyun hissə — lat. pars cervicalis; Döş hissə — lat. pars thoraica (thoracica). Traxeyanın intubasiyası Traxeotomiya Prof.
Pito Borusu
Pito Borusu — cari maye (suspenziya) və ya qazın tam təzyiqini ölçmək üçün cihaz. Onun ixtiraçısı, fransız mühəndis-hidravlik Henri Pito (Henry Pito) adı ilə adlandırılmışdır (1732). L - formali bir boru şəklindədir. p ∂ ≈ ξ ρ V o 2 2 , {\displaystyle p_{\partial }\approx \xi {\frac {\rho V_{o}^{2}}{2}},} Harda ki, ρ {\displaystyle \rho } – hərəkət edən (qələn) mühitin sıxlığı; V o {\displaystyle V_{o}} – axın sürəti; ξ {\displaystyle \xi } – əmsal. Təzyiq altında olan (pnevmometrik və ya tam təzyiq borusu) Pito borusu xüsusi cihaz və qurğulara qoşulur. Diferensial manometrlərlə komplektdə qaz gəlirlərdə və ventilyasiya sistemlərində nisbi sürətin və həcm sərfinin müəyyən edilməsində tətbiq olunur.
Pitot Borusu
Pito Borusu — cari maye (suspenziya) və ya qazın tam təzyiqini ölçmək üçün cihaz. Onun ixtiraçısı, fransız mühəndis-hidravlik Henri Pito (Henry Pito) adı ilə adlandırılmışdır (1732). L - formali bir boru şəklindədir. p ∂ ≈ ξ ρ V o 2 2 , {\displaystyle p_{\partial }\approx \xi {\frac {\rho V_{o}^{2}}{2}},} Harda ki, ρ {\displaystyle \rho } – hərəkət edən (qələn) mühitin sıxlığı; V o {\displaystyle V_{o}} – axın sürəti; ξ {\displaystyle \xi } – əmsal. Təzyiq altında olan (pnevmometrik və ya tam təzyiq borusu) Pito borusu xüsusi cihaz və qurğulara qoşulur. Diferensial manometrlərlə komplektdə qaz gəlirlərdə və ventilyasiya sistemlərində nisbi sürətin və həcm sərfinin müəyyən edilməsində tətbiq olunur.
Qida borusu
İnsanın qida borusu — Həzm sistemi kanalının bir hissəsi. Yarıməzələvi borudan ibarət olub, udlaqdan qəbul edilmiş qidanın mədəyə ötürülməsi funksiyasını yerinə yetirir. Yetkin insanın qida borusunun uzunluğu 25–30 sm-dir. VI–VII boyun fəqərələrindən başlayaraq udlaqın davamı olub, döş boşluğundan keçərək döş qəfəsinin X–XI fəqərələri səviyyəsində qarın boşluğunda mədəyə açılır. Qida borusu diafraqmadan qida borusu dəliyi vasitəsiylə keçir ki, hansı ki qida borusu ilə yanaşı hər iki azan sinir də bu dəliklə diafraqmadan qarın boşluğuna keçir.
Uşaqlıq borusu
Uşaqlıq (ya Fallop) borusu (lat. tuba uterina; tuba uterina fallopii - BNA, yun. salpinx) silindrəbənzər uzun boru şəklində cüt üzvlərdən olub, uşaqlığın yan tərəfində, enli bağın yuxarı kənarında yerləşmişdir. Böyüklərdə uzunluğu 6 sm-dən 20 sm-dək olur. Sağ boru sol borudan bir qədər uzun olur. Uşaqlıq borusu dörd hissədən ibarətdir; 1) uşaqlıq borusu boşazı — lat. isthmus tubae uterinae, 2) uşaqlıq borusu ampulu (pars ampularis)- 3) interstisial və ya uşaqlıq (pars interstisialis tubae)ən dar hissə. 4)qif (infundibulum tubae)ən distal və ən geniş hissə . Uşaqlıq borusu boğazı qısadır (təxminən 3–6 sm uzunluğundadır), uşaqlığın cismi ilə dibi arasında yan kənarından başlayaraq bayır tərəfə gedir və uşaqlıq borusu ampuluna keçir. Uşaqlıq borusu ampulu boğazdan uzundur (təxminən 8 sm uzunluğundadır), diametri böyük (6–8 mm), divarları nazik, gedişi qıvrım və özü də yumurtalığa yaxındır.
Vakuum borusu
Vakuum borusu (Vacuum tube) – elektron selini idarə etmək üçün metal elektrodlardan və tordan ibarət şüşə boru; vakuum yaratmaq üçün həmin borudan, demək olar ki, bütün qazlar çıxarılıb. 1950-ci illərdə yarımkeçiricilərin meydana çıxmasından qabaq vakuum boruları elektron sxemlərdə gücləndirici və açarların funksiyasını yerinə yetirirdi. Onlardan bu gün də müəyyən qurğularda, məsələn, çox yüksək səviyyəli gücün tələb olunduğu katod-şüa borularında istifadə olunur. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Yevstax borusu
Yevstax və ya eşitmə borusu (lat. tuba auditiva (Eustachi)) — keçmişdə ona lat. salpinx auditivae deyilirdi. Orta hesabla 3,3 sm uzunluğunda boru olub, təbil boşluğunu udlağın burun hissəsi ilə birləşdirir; istiqaməti bayır tərəfə, dala və yuxarıyadır; üfüqi səthi ilə 40° və orta səthlə təxminən 45° bucaq təşkil edir. İki dəliyi vardır: 1) təbil boşluğuna açılan dəliyi — lat. ostium tympanicum tubae auditivae təbil boşluğunun ön divarında yerləşir və 2) udlağa açılan dəliyi — lat. ostium pharyngeum tubae auditivae udlağın burun hissəsinin yan divarında, aşağı burun balıqqulağının dal uc səviyyəsində olur; burunun udlaq dəliyi, adətən. qapalı olur, hər udma aktında açılır. Eşitmə borusu iki hissəyə bölünür: sümük hissə — lat. pars osseatubae auditivae və qığırdaq hissə — lat.
Zəfər–Məşəl strukturu
“Zəfər-Məşəl” strukturu - Xəzər dənizinin Azərbaycan sektorundakı perspektivli neft-qaz yatağı. Zəfər–Məşəl strukturunda kəşfiyyat işlərinin aparılmasına dair müqavilə 1999-cu il aprelin 27-də imzalanmış, 2000-ci il mayın 8-də Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunmuşdur. 1999-cu il aprelin 27-də SOCAR (50%), “ExxonMobil” (30%) və “ConocoPhillips” (20%) arasında “Zəfər-Məşəl” dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında PSA tipli müqavilə imzalanıb. Lakin sonra ləğv olunub. Strukturda neft ehtiyatının 140 milyon ton (onlardan 100 mln. tonu Zəfər və 40 mln. tonu Məşəl yatağının payına düşür), onun işlənilməsi üçün isə 2 milyard dollar investisiya lazım olduğu proqnozlaşdırılır. Yatağın dəniz dərinliyi 450-950 metr arası dəyişir. Yatağın sahəsi 643 kvadrat kilometrdir. Zəfər-Məşəl 1961-ci ildə seysmik tədqiqatlar nəticəsində üzə çıxarılmış, ilk geofiziki işlər isə 1985-ci və 1987-ci illərdə aparılmışdır.
Əbədi Məşəl abidəsi
Əbədi Məşəl abidəsi — Azərbaycana qarşı edilmiş hərbi təcavüz nəticəsində baş vermiş Qanlı yanvar faciəsində və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş vətəndaşların xatirəsini əbədiləşdirmək məqsədilə Bakı şəhərindəki Şəhidlər Xiyabanında ucaldılmış abidə kompleksi. Əbədi Məşəl abidə kompleksinin yaradılması fikri ilk dəfə 1994-cü ildə irəli sürülüb. Milli Məclisdə bu faciəyə qiymət verilərkən prezident Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsini əbədiləşdirmək üçün abidə yaradılması qərarı da qəbul olunur. O bu məsələni şəxsi diqqətində saxlayır, yaradılmış komissiyaya tapşırıq və tövsiyələrini verir: memar və heykəltəraşlara öz təsirliliyinə, məzmununa, səviyyəsinə görə böyük həcmli əsərdən də çox qiymətli olacaq bir abidə yaratmağı tapşırır. Bir il sonra, faciənin beşinci ildönümündə keçirilmiş sərgidə ona iki layihə təqdim olunur. Hazırlanmış layihələr yalnız faciəni əks etdirdiyi üçün prezident Heydər Əliyevi qane etmir, o daha bir neçə layihənin hazırlanmasını tapşırır. Tapşırıq ondan ibarət olur ki, yaradılacaq abidə faciəni də, xalqın qəhrəmanlığını da, təcavüzü də əks etdirməlidir. Keçirilən müsabiqədə əməkdar memar Elbay Qasımzadənin rəhbərlik etdiyi Layihələndirmə şirkətinin işləyib hazırladığı layihə seçilir. Heydər Əliyev 5 avqust 1998-ci il tarixində Bakı şəhərindəki Şəhidlər xiyabanında Əbədi Məşəl abidə kompleksinin ucaldılması haqqında sərəncam verir. Kompleksin açılışı 9 oktyabr 1998-ci il tarixində olmuşdur.
Barrett qida borusu
Barret qida borusu (Barret sindromu — Barrett’s syndrome, CELLO, ) — QERX xəstəliyinin ciddi ağırlaşmalarından biri olub , qida borusunun selikli qişasında ona xas olan yastı-çoxqatlı epitelin silindrik epitəllə əvəzlənməsi ilə xarakterizə olunur. Qida borusunun aşağı hissəsində hüceyrələrin bu metaplaziyası xroniki olaraq mədə turşusunun zədələyici təsiri ilə əlaqələndirilir.. Qida borusunda yanma və qastro-ezofageal reflüks səbəbindən müraciət edən xəstələrin 10 % -ə qədərində barret qida borusu aşkar olunur . Ümumilikdə isə əhalinin 1%-ində bu xəstəliyin olması ehtimal olunur. Bu xəstəlik xərçəngönü vəziyyət sayılır və qida borusunun aşağı hissəsində adenokarsinoma inkişafı üçün böyük risk hesab olunur . == Morfologiya == Barret qida borusu zamanı mədə turşusunun uzun müddətli qida borusuna patoloji axımı nəticəndə , qida borusunun aşağı hissələrində cavab reaksiyası olaraq çoxqatlı yastı epitel qida borusuna xas olmayan silindirik epitellə əvəz olunur. Bu zaman yeni yaranan epitel turşuluğa davamlı sayılsa da , metaplaziya prossesi adenokarsinoma yaranma ehtimalını artırmış olur. === Bağırsaq metaplaziyası === Barret qida borusunu təsdiqləmək üçün bağırsaq metaplaziyasının əlaməti olan qədəhəbənzər hüceyrələri aşkarlamaq lazımdır. Adətən metaplastik digər kötük hüceyrələri də aşkar olunsa da , ancaq qədəhəbənzər hüceyrələrin tapılması təsdiqlənmiş diaqnoz hesab olunur. Metaplaziya prossesini adətən qastroskopiya müayinəsi zamanı müşahidə etmək olur, lakin histoloji müayinə diaqnozunun tam təsdiqi üçün vacib sayılır.
Elektron-şüa borusu
Elektron-şüa borusu (CRT - cathode-ray tube)– televiziya monitorunun və mikrokompüterin standart displeyinin əsas elementi. Belə displey, içərisində elektron şüalar buraxan bir və ya bir neçə elektron top (GUN) olan vakuum borusunun əsasında qurulur; bu şüalar borucuğun qabaq divarının şüalanma zamanı işıqlanan daxili örtüyünə tuşlanır. Monoxrom elektron-şüa borusunda bir elektron top və bir qayda olaraq, ağ, yaşıl və ya sarı rənglər verən bir lüminofor gərəkli olur. Rəngli borucuq üçün isə üç elektron top lazımdır: nadir elementlərlə zənginləşdirilmiş və qırmızı, yaşıl və göy rənglər (qeyri-şəffaf boyalar deyil, işıq gücünün müxtəlif səviyyələri qatışdırıldığından, əsas rənglər olaraq, qırmızı-sarı-göy deyil, qırmızı-yaşıl-göy götürülür) verən üç tip lüminiforun hər birini şüalandırmaq üçün bir ədəd. Hər bir şüa, bir dəfəyə bir üfüqi darama sətri yaratmaqla əvvəlcə soldan sağa, sonra isə yuxarıdan aşağıya hərəkət edir. Şüa elektron-şüa borusunun boğazında yerləşən elektromaqnitlər sistemi vasitəsilə əyilir və borucuğun qabaq divarında olan lüminoforun piksellərini şüalandırmaqla görüntünü çəkir. Titrəməni olmaması üçün elektron şüa ekran görüntüsünü saniyədə 30 və ya daha artıq dəfə təzələyir. Görüntünün aydınlığı (dəqiqliyi) ekrandakı piksellərin sayından asılı olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qida borusu (insan)
İnsanın qida borusu — Həzm sistemi kanalının bir hissəsi. Yarıməzələvi borudan ibarət olub, udlaqdan qəbul edilmiş qidanın mədəyə ötürülməsi funksiyasını yerinə yetirir. Yetkin insanın qida borusunun uzunluğu 25–30 sm-dir. VI–VII boyun fəqərələrindən başlayaraq udlaqın davamı olub, döş boşluğundan keçərək döş qəfəsinin X–XI fəqərələri səviyyəsində qarın boşluğunda mədəyə açılır. Qida borusu diafraqmadan qida borusu dəliyi vasitəsiylə keçir ki, hansı ki qida borusu ilə yanaşı hər iki azan sinir də bu dəliklə diafraqmadan qarın boşluğuna keçir.
"Əbədi məşəl" abidə kompleksi
Əbədi Məşəl abidəsi — Azərbaycana qarşı edilmiş hərbi təcavüz nəticəsində baş vermiş Qanlı yanvar faciəsində və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş vətəndaşların xatirəsini əbədiləşdirmək məqsədilə Bakı şəhərindəki Şəhidlər Xiyabanında ucaldılmış abidə kompleksi. == Abidənin yaradılması == Əbədi Məşəl abidə kompleksinin yaradılması fikri ilk dəfə 1994-cü ildə irəli sürülüb. Milli Məclisdə bu faciəyə qiymət verilərkən prezident Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsini əbədiləşdirmək üçün abidə yaradılması qərarı da qəbul olunur. O bu məsələni şəxsi diqqətində saxlayır, yaradılmış komissiyaya tapşırıq və tövsiyələrini verir: memar və heykəltəraşlara öz təsirliliyinə, məzmununa, səviyyəsinə görə böyük həcmli əsərdən də çox qiymətli olacaq bir abidə yaratmağı tapşırır. Bir il sonra, faciənin beşinci ildönümündə keçirilmiş sərgidə ona iki layihə təqdim olunur. Hazırlanmış layihələr yalnız faciəni əks etdirdiyi üçün prezident Heydər Əliyevi qane etmir, o daha bir neçə layihənin hazırlanmasını tapşırır. Tapşırıq ondan ibarət olur ki, yaradılacaq abidə faciəni də, xalqın qəhrəmanlığını da, təcavüzü də əks etdirməlidir. Keçirilən müsabiqədə əməkdar memar Elbay Qasımzadənin rəhbərlik etdiyi Layihələndirmə şirkətinin işləyib hazırladığı layihə seçilir. Heydər Əliyev 5 avqust 1998-ci il tarixində Bakı şəhərindəki Şəhidlər xiyabanında Əbədi Məşəl abidə kompleksinin ucaldılması haqqında sərəncam verir. == Abidənin açılışı == Kompleksin açılışı 9 oktyabr 1998-ci il tarixində olmuşdur.
Üzük-nəfəs borusu bağı
Üzük-nəfəs borusu bağı (lat.
Adaptiv neyro-qeyri səlis çıxarış sistemi
Adaptiv neyro qeyri-səlis çıxarış sistemi (ing. Adaptive neuro fuzzy inference system)— Takagi Sugeno qeyri-səlis çıxarış sisteminə əsaslanan süni neyron şəbəkənin növlərindən biri. Bu üsul 1990-cı illərin əvvəllərində inkişaf etdirilib. Həm neyron şəbəkələr, həm də qeyri-səlis məntiqin prinsiplərini özündə birləşdirəndən sonra, bu sistem vahid quruluşda hər ikisinin üstünlüklərini almaq üçün potensiala malik oldu. Onun çıxarış sistemi yaxın qeyri-xətti funksiyalar üçün öyrənmə qabiliyyətinə malik olan qeyri-səlis ƏGƏR-ONDA qaydalarının (İF-THEN) məcmusuna uyğundur. Deməli, ANFİS universal qiymət təyin edən sayılır. ANFIS-in daha səmərəli və optimal şəkildə istifadəsi üçün, genetik alqoritm vasitəsilə əldə olunan parametrləri istifadə etmək olar.
"Gənclik" məşəl yandırır (film, 1965)
"Gənclik" məşəl yandırır — 1965-ci ildə Z. Savaneli tərəfindən çəkilmiş film. == Məzmun == Film Abşeronda tikilmiş "Gənclik" beynəlxalq gənclər düşərgəsinin açılışı haqqındadır.